“Whatsapp”da yenilik tətbiq olunacaq

“Whatsapp”da yenilik tətbiq olunacaq
19:38 24 Dekabr 2015
108 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Mobil telefonların əvəzedilməz proqramı “Whatsapp”da yenilik tətbiq olunacaq.
AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, pulsuz mesajlaşma, səsli mesaj, şəkil və video göndərmək kimi özəlliyi olan proqrama görüntülü danışıq funksiyası da əlavə ediləcək. Görüntülü zəng etmə funksıyası gələn ildən istifadəyə veriləcək. Video danışığı həm Wi-Fi, həm də mobil internet vasitəsilə aparmaq mümkün olacaq.
“Whatsapp”la bağlı verilən son açıqlamaya görə, mesajlaşma insanın gündəlik həyat tərzinin bir parçasına çevrilib. Məlumata görə, 1 mılyarddan artıq istifadəçi telefona “Whatsapp” yükləyib. İndiyə kimi bu funksiyanın bir çox proqramlarda olmasına baxmayaraq, “whatsapp”da daha çox diqqət çəkəcəyi gözlənilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Whatsappda_yenilik_tetbiq_olunacaq-914139

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR