YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyi ilin yekunlarına dair toplantı keçirib

YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyi ilin yekunlarına dair toplantı keçirib
19:43 24 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Dekabrın 24-də Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının qərargahında qurumun Gənclər Birliyinin 2015-ci ilin yekunlarına dair toplantısı keçirilib.
Toplantıda bu il ölkəmizin bütün sahələrində, xüsusilə təhsil və idman sahəsində əldə olunmuş nailiyyətlərdən danışılıb, qarşıda duran vəzifələr müzakirə olunub. Gənclər Prezident İlham Əliyevin Azərbaycanın inkişafında mühüm xidmətlərindən, respublikamızda həyata keçirilən tədbirlərdən söhbət açıblar. Ölkəmizdə gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradıldığı, onların ictimai-siyasi fəallığının artmasına kömək edildiyi bildirilib. Bu gün ölkəmizdə gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrildiyi diqqətə çatdırılıb. Dövlətimizin başçısı tərəfindən həyata keçirilən siyasətin müxtəlif sahələri əhatə etməklə geniş spektrli olduğu vurğulanıb.
Tədbirdə Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
Gənclər dövlətimizin başçısını doğum günü münasibətilə təbrik ediblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/YAP_Nesimi_rayon_teskilatinin_Gencler_Birliyi_ilin_yekunlarina_dair_toplanti_kechirib-914144

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR