Yola saldığımız ildə fərqlənən idmançılar, məşqçilər və komandalar mükafatlandırılıb

19:48 24 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, Səxavət Quliyev, AZƏRTAC
Dekabrın 24-də Gənclər və İdman Nazirliyi yola saldığımız ildə fərqlənən idmançılara, məşqçilərə və komandalara mükafatlar təqdim edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın dövlət himni səsləndirildikdən sonra cari ildə ölkəmizdə keçirilən beynəlxalq turnirlər, idmançılarımızın uğurları barədə videoçarx nümayiş olunub.
Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov 2015-i ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu söyləyib. Nazir dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Azərbaycanın artıq idman ölkəsinə çevrildiyini bildirib. Bakıda birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu vurğulayan Azad Rəhimov bu mötəbər idman yarışının standartlarının ölkəmizdə müəyyənləşdiyini diqqətə çatdırıb.
Sonra mükafatlandırma mərasimi olub.
Birinci Avropa Oyunlarının qalibləri – boks üzrə dünya çempionu Elvin Məmişzadə, qadın güləşi üzrə dünya mükafatçısı Mariya Stadnik, yunan-Roma güləşi üzrə dünya birinciliyinin qalibi Rəsul Çunayev, idman gimnastikası üzrə dünya çempionatının bürünc mükafatçısı Oleq Stepko, sərbəst güləş üzrə dünya çempionu Toğrul Əsgərov, taekvondo üzrə dünya çempionu Radik İsayev, karate üzrə dünya birincisi Rafael Ağayev, paralimpiyaçı cüdoçu, dünya çempionu İlham Zəkiyev, ağır atletika üzrə dünya çempionu, dünya rekordçusu Boyanka Kostova, “Bakı-2015”in bürünc mükafatçısı, sərbəst güləş üzrə dünya çempionu Hacı Əliyev mükafatlandırılıblar.
Tədbir konsert proqramı ilə davam edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yola_saldigimiz_ilde_ferqlenen_idmanchilar_mesqchiler_ve_komandalar_mukafatlandirilib-914147

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR