​Tuyqun Nadirov: "Klubdan ayrılan heç bir futbolçuya borcumuz yoxdur"

​Tuyqun Nadirov: "Klubdan ayrılan heç bir futbolçuya borcumuz yoxdur"
20:02 24 Dekabr 2015
30 İdman
Ölkə mətbuatı
A- A+

Vüqar Nadirov Bakı klubunda - ÖZƏL (09 İyun 2017 14:17)

Bakı. 24 dekabr. REPORT.AZ/ "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov jurnalisltərin suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir:
- Hazırda "Xəzər Lənkəran"da vəziyyət necədir?
- "Xəzər Lənkəran"la bağlı bir neçə gün ərzində açıqlamamız olacaq. Hazırda bunun üzərində iş gedir. Mətbuatdan oxuyuram ki, klubun taleyini hərə bir cür yazır. "Xəzər Lənkəran"ı yaradan, sərmayə buraxan şəxs Mübariz Mənsimovdur və prezidenti də Mais Mənsimovdur. "Palmali" şirkətlər qrupu kluba şərait yaradıb və bu davam edəcək. Yəni "Xəzər Lənkəran"ın klub olaraq fəaliyyətini dayandırmaq şansı yoxdur. İnfrastruktur da klubundur. "Xəzər Lənkəran" möhkəm dayaqlar üzərində dayanan bir klubdur. İkincisi, klubun məqsədi Azərbaycan futbolunu inkişaf etdirməkdir. Bu, ilk növbədə sponsor rəhbərləri tərəfindən klubun admnistrativ heyəti qarşısında qoyulan tələbdir. "Xəzər Lənkəran" bəlkə də Azərbaycanda yeganə komandadır ki, futbolçu öz akademiyasında yetişir və Premyer Liqada çıxış edir. Elə milli komandamız yoxdur ki, orada bizim klubumuzun yetirməsi olmasın. Bu gün 5 legionerin gəlib getməsinin Azərbaycan futboluna heç bir xeyri yoxdur. Komandanın Avropa Liqasına vəsiqə qazanmaq şansı var. Bu da kubok vasitəsilə ola bilər və məqsəd də budur. Biz desək ki, çempionluğa oynayırıq, yalan olar.
- Bir müddət əvvəl klubdan qış transfer pəncərəsində 6 futbolçunun transfer ediləcəyi və axtarışların Ukrayna və Nigeriyada aparıldığı bildirilib. Hazırda bu məsələ nə yerdədir?
- "Xəzər Lənkəran"a heç bir məhdudiyyət qoyulmayıb. Bu gün klubda baş məşqçi və köməkçiləri hamısı öz yerindədir. Təbii ki, məşqçi heyəti ona ayrılmış vəsaiti nəzərə alıb optimal bir heyət quracaq. Yanvardan isə FİFA sanskiyaları aradan götürüləcək.
- Komanda qış təlim-məşq toplanışı üçün xarici ölkəyə üz-tutacaq?
- Getməyə hazırlaşırlar. Buna baş məşqçi qərar verməlidir. Ola bilər desin ki, toplanışın birini burda, digər hissəsini isə xaricdə keçmək istəyirəm. Buna baş məşqçi və klub prezidenti qərar verəcək.
- Qeyd etdiniz ki, məqsəd Avropa Liqasına vəsiqə qazanmaqdır. Rəhbərlik qış tranfer dönəmində məşqçinin heç olmasa optimal heyət qurması üçün lazım olan büdcəni ayıracaq?
- Rəhbərlik tərəfindən baş məşqçiyə nə şərait lazımdırsa, yaradılacaq. "Xəzər Lənkəran" klubunun hansı formatda xidmət göstərəciyini yanvarın ilk günlərində biləcəksiniz. Bir neçə gün ərzində klub prezidenti, mən və məşqçilər korpusunun iştirakı ilə geniş şəkildə toplantı olacaq. Bu iclasda "Xəzər Lənkəran"ın çıxışı və fəaliyyətinin davam etdirilməsi orada müəyyənləşəcək. Təbii ki, bu barədə mətbuata açıqlama veriləcək.
- Belə çıxır ki, "Xəzər Lənkəran" mövsümün II yarısından daha iddialı çıxış edəcək...
- "Xəzər Lənkəran" həmişə iddialı başlayır və ilk dövrədə də təcrübəli futbolçular cəlb etmişdik. Amma obyektiv və subyektiv amillər var. Onlar da çıxışa təsir edir. Məsələn, mən desəm ki, bu gün devalvasiya "Xəzər Lənkəran"a təsir etməyib, yalan olar. Çünki klubun əməkdaşları maaşlarını manatla alırlar. Təbii ki, bu təsir edəcək. Bu tək bizim klubla bağlı proses deyil. Klub rəhbəri olaraq məni maraqlandıran "Xəzər Lənkəran" futbol klubunun yaşamasıdır. Çempion olacaq, kuboku qazanacaq, artıq bu ikinci dərəcəli məsələdir.
- Yanvarda FİFA-nın transfer qadağasının müddəti bitdiyini dediniz. Bundan əminsiniz? Bildiyimiz qədər Tounkara da klubdan şikayət edib...
- Tounkara niyə şikayət etməlidir? Onunla qarşılıqlı şəkildə müqaviləyə xitam verilib. "Xəzər Lənkəran" gedən futbolçuların hamısı ilə razılığa əglir və qarşılıqlı şəkildə anlaşır. İstər son gedən rahid Əmirquliyev olsun, və ya digərləri.. Bir neçə futbolçu ilə problemlər var. Bu da klubun 10-11 il fəaliyyətində ödədiyi cərimələri üst-üstə gəlsək, 800 min, 1 milyonu keçmir.
- Qalin İvanovun, Eder Bonfim və Alfred Sankoya olan borcların bir hissəsi qalıb. Və bu ilin sonunadək ödənilməlidir...
- Bu gün FİFA-nın və CAS-ın qərarlarını qurumların rəsmi saytından oxuya bilərsiniz. Biz razılaşmadığımız üçün məsələyə FİFA-da aydınlıq gətiririk. Təəssüf ki, işə baxan hakim FİFPRO-nun sədridi. O da futbolçuların tərəfini tutur. Biz də müvafiq orqanlara şikayət etdik ki, bu məsələlərə ədalətli baxılsın. Elə futbolçu var ki, 200 minlik iddia qaldırmışdı. Sanko ilə bağlı isə FİFA bizim xeyrimizə qərar çıxarmışdı. Biz onu uduzmadıq. Sanko 200 minlik iddia etmişdi, FİFA onu 19 minə saldı. Bizim verəcəyimiz də elə 19 min idi. Biz Renato Moreyra, Eder Bonfim və Qalin İvanova görə bizim bir növ məsuliiyətimiz, ödənişimiz var. Bu 3 futbolçuya görə müəyyən vaxt qoyulub, ödənişlər də olacaq. Onlar vaxtlı-vaxtında ödənilməlidi. Bu, müzakirə mövzusu deyil. Biz çalışırıq “Xəzər Lənkəran”a qarşıda təhlükə olmasın. “Xəzər Lənkəran” yaranan gündən onun transfer işinə baş məşqçi və onun heyəti baxıb. Con Toşak və Mustafa Dənizlinin dönəmində xeyli sayda oyunçu gəlmişdi. Futbolçu ilə baş məşqçinin arasındakı məsələlərə rəhbərlik qarışmır. 30-dan çox futbolçu ilə vidalaşmışıqsa və ondan 3-4-ü ilə aramızda mübahisə yaranıbsa, bu, normal haldı. Təbii ki, o legionerləri gətirməsəydik, heç bir mübahisə yaranmayacaqdı.
- Hazırda "Xəzər Lənkəran"ın yerli və əcnəbi futbolçulara borcu var? Varsa, nə qədərdir?
- "Xəzər Lənkəran"ın heyətində çıxış edən futbolçular sonuncu dəfə noyabrda maaşlarını alıb, pulları karta köçürülüb. Bilirsiniz ki, onların da 90 faizi klubun öz yetirmələdir. Yollarımızı ayırdığımız futbolçularla klub prezidenti qarşılıqlı şəkildə lazımi hüquqi sənədlərə qol çəkiblər. Yəni heç kimin borcu olmaması ilə bağlı sənədlər var. İstər Tounkara, istərsə də digər futbolçular öz imzaları ilə bunu təsdiqləyib. Ola bilər 1-2 aya yaxın gecikmələr olur. Ümumiyyətlə gecikmələr oktyabr, noyabr ayına təsadüf edir.
- Ancaq futbolçular açıqlamalar verib ki, 9 aydır maaş almayıblar.. Misalçün, Rahid Əmiruqliyev...
- Rahid ağıllı-başlı oyunçudur, millinin üzvüdür. Kiməsə şəxsi nəsə deyibsə, bilmirəm. Amma həm Rahid, həm də digərləri ilə qarşılıqlı şəkildə müqaviləyə xitam verilib. Mən sübut edərəm ki, hər kəs maaş alıb. Rahid onu deməz. Sizi əmin edirəm ki, klubumuzdan ayrılan futbolçularla arada borc yoxdur. Çünki hər şey qarşılıqlı şəkildə həll olunur. Rahid o kateqoriya futbolçulardan deyil ki, gedib yalandan nəsə danışsın. "Xəzər Lənkəran"ın uğurlarında çox böyük rolu olub və indi də milli komandada kapitan qismində də meydana çıxır. O, günü gündən artırır.
- Gözləyirdik ki, İstanbul görüşündən sonra iddialı çıxış edəsiniz, amma yenə iddialı danışdınız...
- Bilirsiniz, klubun çıxışında, iddiasında bir neçə format var. Bunu da baş məşqçi və klub prezidenti seçir. Bizim işimiz admnsitrativdir. Necə olacağı, futbolçunun necə gələcəyi, iddia və məqsəd klub prezidenti və baş məşqçinin işidir. Klubun 10 legionerlə oynayıb və ya yerlilərlə davam etməsinə də onlar qərar verəcək.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda Formula-2 yarışlarına start verildi

23 İyun 2017 11:27

Günorta çağı 13 yaşlı qıza təcavüz etmək istəyən oğlan kameralara düşdü - VİDEO - FOTO

23 İyun 2017 11:27

Gecə klubunda “DJ” işləyən şəxs Bakı sakininin avtomobilini oğurlayıb

23 İyun 2017 11:27

Avropada daha bir rekord transfer təklifi - 135 milyon avro

23 İyun 2017 11:27

Kredit borcu olanlar fitrə verə bilər?

23 İyun 2017 11:25

"Real" 2 gənc futbolçu ilə razılıq əldə etdi

23 İyun 2017 11:22

Özəl şirkətlər də SOCAR istiqrazlarına maraq göstərirlər

23 İyun 2017 11:22

Bakıda Formula 2 yarışının sərbəst yürüşü start götürüb

23 İyun 2017 11:22

Bakıda Formula 2 pilotlarının sərbəst yürüşləri başlayıb

23 İyun 2017 11:22

Bakı şəhəri qlobal bahalılıq reytinqində 182-ci yeri tutub

23 İyun 2017 11:22

Sibel Can bu qədər pul xərclədi

23 İyun 2017 11:20

Tələbələrə JEST: kredit borclarını universitet ödəyəcək

23 İyun 2017 11:18

Bergüzar Korel uzun saçlarını görün nə hala saldı - FOTO

23 İyun 2017 11:18

Bakıda keçmiş sevgili dəhşəti: 1 ölü, 2 yaralı var...

23 İyun 2017 11:16

Aygün Kazımova istirahətdə: "Sevmək gözəldir" - FOTOLENT

23 İyun 2017 11:14

Aslı Muradla bağlı sualı eşidib, qaçdı - FOTO

23 İyun 2017 11:12

"Survivor 2017"nin qalibi bəlli oldu

23 İyun 2017 11:12

Onlar vahid çağrı mərkəzinə birləşdirildi

23 İyun 2017 11:10

Növbəti erməni yalanı ifşa olundu - MN

23 İyun 2017 11:09

Bakı Ali Neft Məktəbində Silahlı Qüvvələr günü qeyd olunub

23 İyun 2017 11:07

Məşhur rus model Bakını gəzdi - FOTO

23 İyun 2017 11:05

"Formula-1" Azərbaycan Qran-Prisi: Trasda dəyişikliklər və DRS zonaları

23 İyun 2017 11:05

Azərbaycan Formula 1 Qran Prisinə necə hazırlaşdı?

23 İyun 2017 11:05

Kıvanç: "Tuba ilə öpüşəndə narahat oluram"

23 İyun 2017 11:05

Soğanı soyun, qabığını atmayın...

23 İyun 2017 11:05

Sərxoş atasını 20 bıçaqla qətlə yetirən gənc MƏHKƏMƏ QARŞISINDA

23 İyun 2017 11:04

Venesuelada daha bir etirazçı hərbçilərin açdığı atəş nəticəsində öldürülüb

23 İyun 2017 11:02

UNEC kollektivi Cocuq Mərcanlıda (FOTO)

23 İyun 2017 11:01

Türkiyədən sərt cavab: Növbəti Aya Sofya QALMAQALI

23 İyun 2017 10:58

İlham Əliyev hərbi hissələrin açılışında iştirak edib

23 İyun 2017 10:58

"Qız qısa şortik geyinib, onun atası anası yoxdur?" - Qıza şillə vuran oğlanın atası - VİDEO - FOTO

23 İyun 2017 10:57

Reanimasiyadakı xalq artistinin oğlu: "Bizimlə maraqlanan yoxdur"

23 İyun 2017 10:54

Bakıda atasını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

23 İyun 2017 10:52

Bakı trası şəhər traslarından ən sürətlisidir

23 İyun 2017 10:52

Qazaxıstanın neft bazasında yanğın baş verib, bir nəfər həyatını itirib

23 İyun 2017 10:52

Ayağınızı buzlu suya salın

23 İyun 2017 10:50

Ordumuzun şərəfinə yeni medal təsis olunur - FOTO

23 İyun 2017 10:49

Flora Kərimova əməliyyat olundu

23 İyun 2017 10:49

ASAN xidmət neçə gün işləməyəcək?

23 İyun 2017 10:48

Tarkan artıq Bakıda – FOTO

23 İyun 2017 10:48

Formula-1 Azərbaycan Qran-Prisi öncəsi pit-yolu gəzintisi - FOTO

23 İyun 2017 10:48

Azərbaycanlı həkim dünyada ilkə imza atdı: Süni geli 2 seansa yox edir

23 İyun 2017 10:47

"Bu yayın ən yaraşıqlı bəy və gəlini"

23 İyun 2017 10:47

Dənizkənarı Milli Parkda "Formula-1 şəhərciyi" - FOTO

23 İyun 2017 10:47

"SamsungWind-Free™ - Külək olmadıqca narahatçılığa səbəb yoxdur"

23 İyun 2017 10:47

Gəlmələrlə çiçək(çirk)lənən futbolumuz

23 İyun 2017 10:47

Diversant məsələsinə sözardı...

23 İyun 2017 10:44

Zəfəran bağlarını kim yox etdi?

23 İyun 2017 10:44

Nazir: Ərəb ölkələri indiyədək Qətərə qarşı hər hansı rəsmi iddia irəli sürməyiblər

23 İyun 2017 10:43

Azərbaycanın 4 hərbçisinin şəhid olması xəbərinə RƏSMİ MÜNASİBƏT

23 İyun 2017 10:43