Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Respublikanın avtomobil yollarında baş verən 6 yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər ölüb

Respublikanın avtomobil yollarında baş verən 6 yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər ölüb

Date: 24 December 2015 20:03


Bakı, 24 dekabr, AZƏRTAC
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 86 cinayət faktından 34-nün üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında baş verən 6 yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 9 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli üç, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 31 nəfər tutulub.

Tags:  Respublikanın avtomobil yollarında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər ölüb


RƏYLƏR


Top news