Ayağınızdakı çatlar hansı xəstəliyin əlamətidir?

Ayağınızdakı çatlar hansı xəstəliyin əlamətidir?
20:05 24 Dekabr 2015
207 Sosial
Ölkə mətbuatı
A- A+

Ayaqlarınız çatlayanda vazelin və ya krem çəkib həyatınıza davam edirsiniz? Bəs ayaq çatlamasının təhlükəli xəstəliklərdən birinin əlaməti olduğunu bilirsinizmi?

Milli.Az bildirir ki, publika.az ayaqlarda çatların yaranmasının əsas səbəbini araşdırıb:

Həkimlər ayaq çatlarının şəkər xəstəliyinin əlaməti ola biləcəyini vurğulayır.
 
Türkiyəli həkim Özən Öz Gül şəkər xəstəliyinin diaqnozunda ayaq çatlarının nə qədər önəmli olduğunu belə ifadə edir:
 
"Biz bütün şəkər xəstələrinə və ya bu xəstəliyə yaxalanma riski yüksək olanlara hər gün ayaqlarına qulluq etmələrini tövsiyə edirik. Çünki ayaqlarda çat yaranıbsa, xəstəliyin nə dərəcədə kəskin olduğunu müəyyənləşdirmək asanlaşır".
 
Həkimin sözlərinə görə, şəkər xəstələrinin dəriyə qulluq etmələri çox önəmlidir:
 
"Ayaqlarda yaranan çatlara mikrob keçə bilər. Şəkər xəstələri çox vaxt ağrını hiss edə bilmir. Bu səbəbdən, çatların yaranmasından xəbərsiz olurlar. Onların xüsusi kremlərlə dəriyə qulluq etmələri çox önəmlidir. Çünki çatlar böyüyüb yaraya çevrilə bilər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/392816.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR