Spirtli içkilərə qoyulan vergilər artırılır

Spirtli içkilərə qoyulan vergilər artırılır
20:12 24 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda spirtli içkilərə qoyulan vergilər artırılacaq.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 23 dekabr tarixli sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya"da əksini tapıb.

Strategiyaya əsasən 2016-2017-xi illər ərzində Spirtli içkilərdən sui istifadənin azaldılması üçün pərakəndə satılan spirtli içkilərin uşaqlar üçün əlçatanlığının məhdudlaşdırılması, spirtli içkilərin reklamına qoyulan məhdudiyyət və qadağaların işləməsinin təmin edilməsi, spirtli içkilərin təsiri altında nəqliyyat vasitələrinin idarə olunmasına qoyulan qadağaların işləməsinin təmin edilməsi, spirtli içkilərə qoyulan vergilərin artırılması, spirtli içkilərlə bağlı qiymət-satış siyasətinin yeniləşdirilməsi nəzərə alınmaqla qanunvericilik təkmilləşdiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/392888.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR