Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Musiqili Teatr Yeni il şənliklərinə start verib

Musiqili Teatr Yeni il şənliklərinə start verib

"Arşın mal alan" tamaşası göstərildi - FOTO (13 Mart 2017 14:22)
Nazri teatr əməkdaşlarını mükafatlandırdı (03 Mart 2017 14:22)
Nazir Musiqili Teatrın bir qrup əməkdaşını mükafatlandırıb (03 Mart 2017 14:17)

Tarix: 24 Dekabr 2015 20:13


Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrı dekabrın 24-dən etibarən Yeni il şənliklərinə start verib.
AZƏRTAC xəbər verir ki, teatrda Yeni il şənliklərinin gələn il yanvarın 6-dək davam etməsi planlaşdırılır. Hər gün dörd seansın keçirilməsi nəzərdə tutulur.
Tamaşaçıları tam fərqli, sürprizlərlə dolu əsl bayram şousu gözləyir. Balaca tamaşaçlar Yeni il şənliklərində bir sıra maraqlı məqamlarla qarşılaşacaq, nağıl qəhrəmanları ilə birlikdə əylənəcəklər. Şaxtababa və Qar qız onlar üçün müxtəlif hədiyyələr hazırlayıblar.
Balacaların öz sevimli personajları ilə canlı ünsiyyətdə olacağı nağıl-tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyev, rejissoru Anar Sadıqov, musiqi tərtibatçısı Mehman Fərəcovdur.
Yeni il şənliklərində iştirak etmək istəyənlər biletləri şəhərin bütün teatr-konsert kassalarından əldə edə bilərlər.



Teqlər:  Musiqili Teatr Yeni il şənliklərinə start verib



RƏYLƏR


Top xəbərlər