Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ermənistanda həbsdən buraxılan azərbaycanlı Gürcüstanda ailəsinə qovuşub

Ermənistanda həbsdən buraxılan azərbaycanlı Gürcüstanda ailəsinə qovuşub

Date: 24 December 2015 20:18


Tbilisi, 24 dekabr, AZƏRTAC
Bu ilin iyulundan Ermənistanda həbsdə saxlanılan azərbaycanlı, Gürcüstanın Bolnisi rayonunun Faxralı kənd sakini Turqay Mikayılov azadlığa buraxılıb və dekabrın 24-də Ermənistan-Gürcüstan sərhəd-gömrük məntəqəsindən keçərək ailəsinə qovuşub.
T.Mikayılov jurnalistlərə deyib ki, iyulun 23-də Bolnisinin Yırğançay kəndi yaxınlığındakı yaylaqdan geri dönərkən yolu azıb və səhvən Ermənistanın Cücəvan kəndinin ərazisinə keçib. Kənd sakinləri onu saxlayaraq erməni sərhədçilərinə təhvil veriblər.
Soydaşımızı Yerevana aparan hüquq mühafizə orqanlarının nümayəndələri onun sərhədi xüsusi məqsədlə, bilərəkdən pozduğunu sübuta yetirməyə çalışıblar. Beş ay təkadamlıq kamerada saxlanılan T.Mikayılovla bağlı davam edən istintaqdan sonra istənilən nəticəni əldə edə bilməyən ermənilər onu buraxmağa məcbur olublar.
Gürcüstan hökuməti də mütəmadi olaraq T.Mikayılovun azadlığa buraxılmasını Ermənistandan tələb edib. Soydaşımız Gürcüstanın Ermənistandakı səfirliyinin nümayəndələrinin mütəmadi olaraq ona baş çəkdiyini bildirib və buna görə Gürcüstan dövlətinə minnətdarlıq edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Tags:  Ermənistanda həbsdən buraxılan azərbaycanlı Gürcüstanda ailəsinə qovuşub


RƏYLƏR


Top news