Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı bulvarının möhtəşəm şousu

Bakı bulvarının möhtəşəm şousu

Date: 24 December 2015 20:21

“Yeni İllə əlaqədar Neftçilər prospekti boyunca bütün ağacların üzəri işıqlarla bəzədilib. Dənizkənarı Bulvarda 10 yerdə süni şam ağacları bəzədilib”.

Bu sözləri ANS PRESS-ə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov dedi.

Rəis müavini bulvarda Yeni İllə əlaqədar attraksionlardan pulsuz istifadə ilə bağlı hələ ki, qərar verilmədiyini bildirdi.

Son devalivasiyadan sonra sakinləri ən çox maraqlandıran məsələlərdən biri müxtəlif sahələrdə baş verən qiymət artımıdır. Nazim Məcidov bildirdi ki, attaksionların qiymətlərində dəyişiklik yoxdur.

Nazim Məcidov bildirdi ki, bayram günlərində havalar sabit keçərsə, Bakı sakinlərinə bulvarda gəzinti gəmiləri xidmət göstərəcək. “Hazırda 3 gəmi sakinlərə xidmət göstərir. Gəzinti gəmiləri Kristal Holl və Bayraq Meydanın yanından bulvara qayırdılar”.


Nazim Məcidov - Dənizkənarı Bulvar İdarəsinin rəis müavini


Gəmi ilə səyahət adambaşı 2 manatdır, uşaqlar üçün 1 manat nəzərdə tutulub. Əvvəllər Xəzəryanı dövlətlərə səfərlər təşkil edilən Bakı Dəniz Vağzalı isə hazırda neft yataqlarında çalışan neftçilərin daşınmasını üçün xidmət göstərir.

Bu barədə isə ANS PRESS-ə Bakı Beynəlxalq Dəniz Ticarət Limanından məlumat verilib.

Limandan bildirildi ki, hazırda BP şirkəti ilə olan müqaviləyə əsasən, yataqlara gedən neftçilərin daşınmasını həyata keçirən gəmilər Bakı Dəniz Vağzalının körpüsündə dayanırlar. Gün ərzində bu gəmilər vağzaldan yataqlara və əks istiqamətdə bir və ya bir neçə səfər edirlər.


Bakı Dəniz Vağzalı


Həmçinin Dövlət Neft Şirkətinin Neft daşlarında çalışan əməkdaşlarının daşınması ilə məşğul olan gəmilər də Bakı Dəniz Vağzalında dayanırlar.


Bakı Dəniz Vağzalının yerləşdiyi ərazi


Bakı Dəniz Vağzalının binasının əsası 1970-ci ildə qoyulub. Bakı Dəniz Vağzalı 2006-cı ilin iyunun 21-də əsaslı yenidənqurmadan sonra istismara verilib. Dəniz Vağzalı Bakı Beynəlxalq Dəniz Ticarət Limanından nəzdində fəaliyyət göstərir.


Bakı Dəniz Vağzalında lövbər salan gəmi




Tags:  Bakı bulvarının möhtəşəm şousu


RƏYLƏR


Top news