Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

“Mitsubishi” “Mercedes”lə toqquşdu - 3 yaralı

“Mitsubishi” “Mercedes”lə toqquşdu - 3 yaralı

Tarix: 24 Dekabr 2015 20:32

Quba-Xaçmaz yolunun 6-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, "Mitsubishi" markalı avtomobil "Mercedes" markalı maşınla toqquşub.

Hadisə Yelgüc kəndi ərazisində qeydə alınıb. Qəzaya səbəb yüksək sürət olub. Belə ki, "Mitsubishi" markalı avtomobilin sürücüsü, 1968-cı il təvəllüdlü Səməd Qasımov və yanındakı sərnişin, 1960-cı il təvəllüdlü Zöhrə Qasımova ağır vəziyyətdə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Hazırda yaralılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Digər avtomobilin sürücüsü, Quba rayon sakini Teymur Həsənov da adıçəkilən xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az


Teqlər:  Mitsubishi Mercedeslə toqquşdu yaralı



RƏYLƏR


Top xəbərlər