Jurnalistlərə kütləvi "kupça" verildi (VİDEO)

Jurnalistlərə kütləvi "kupça" verildi (VİDEO)
20:56 24 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

İndiyənə qədər 6 mindən çox insana dövlət reysternən çıxarışlar təqdim olunub.

2013-cü ildə jurnalistlər üçün təməli qoyulan ikinci yaşayış binası gələn ilin dekabr ayında təhvil veriləcək.

ANS TV-nin məlumatına görə, Əmlak Məsələləri Dövlət Komitəsi “kütləvi çıxarış” kampaniyasını davam etdirir.

Bu dəfə mətbuat işçilərinin yaşadığı binada jurnalistlərə mobil ofislər vasitəsilə mənzillərinin çıxarışları paylandı.

Bir qurup sakindən isə reyter çıxarışının verilməsi üçün ilkin sənədlər alındı.

Kampaniyada iştirak edən prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək İnkişaf Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, jurnalistlər üçün belə binaların gələcəkdə də inşa olunub istifadəyə verilməsi planlaşdırılır:

“2013-cü ilin iyulun 22-də biz yeni binanın təməlqoyma mərasimini keçirdik. Artıq həmin bina tikilib başa çatmaq üzrədir. Gələn ilin sonuna yaxın yeni binanı jurnalistlərin istifadəsinə verəcəyik”.

Bina sakinləri mənzillərinin tam sahibi olmasına görə razılıqlarını bildirdilər.

“Bu gün biz evlərin sənədlərini aldıq - əziyyət çəkmədən, bir yerə getmədən. Özəlliklə, buna təşəbbüs göstərən hər bir şəxsə öz təşəkkürümü bildirirəm”, - deyə jurnalist Xanlar Məmmədov qeyd edib.

“Kütləvi çıxarış” kampaniyası çərçivəsində indiyənə qədər 6 mindən çox insana dövlət reysterindən çıxarışlar təqdim olunub.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368096

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR