Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya valyutadəyişmə qaydalarını sərtləşdirdi

Rusiya valyutadəyişmə qaydalarını sərtləşdirdi

Date: 24 December 2015 21:12

Rusiyanın Mərkəzi Bankı valyutadəyişmə qaydalarını sərtləşdirib.

Bazar ertəsindən 15 min rubldan artıq pul dəyişmək istəyənlər sənəd göstərməli və xüsusi anket doldurmalı olacaqlar.
Milli.Az azadliq.org-a istinadən bildirir ki, bu tədbirlər qanunsuz yollarla əldə edilən gəlirlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı qanunda nəzərdə tutulur.

Mütəxəssislər hesab edir ki, bu əməliyyat və xidmətləri xeyli çətinləşdirəcək, Banklar bu prosedurları nağdsız kanallarla etməyə çalışacaq və bu öz növbəsində valyutadəyişmə məntəqələrinin ixtisarına səbəb olacaq.
Milli.Az


Tags:  Rusiya valyutadəyişmə qaydalarını sərtləşdirdi


RƏYLƏR


Top news