Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Vasif Talıbov ev və avtomobil verdi - FOTO

Vasif Talıbov ev və avtomobil verdi - FOTO

Eynali bey Sultanov's 150th anniversary marked in Nakhchivan (03 December 2016 19:46)
Administrative building of Julfa district department of Nakhchivan State Security Service opens (02 December 2016 21:46)
Shahtakhti village school named after Academician Zarifa Aliyeva opens in Nakhchivan (28 November 2016 21:46)

Date: 24 December 2015 21:12

Bu gün Naxçıvan şəhərində 4 şəhid ailəsinə və 2 sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına mənzil, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 2 nəfərə və 4 Azərbaycan Vətən Müharibəsi veteranına "NAZ Lifan-320" markalı minik avtomobili təqdim edilib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək deyib ki, muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan insanların həyat şəraitinin yaxşılaşdırılması və tibbi reabilitasiyası diqqət mərkəzində saxlanılır. 2015-ci ildə 349 sağlamlıq imkanları məhdud şəxs protez-ortopedik xidmət və 390 nəfər texniki bərpa vasitələri ilə təmin olunub. İl ərzində 189 nəfər müxtəlif sanatoriya və pansionatlara, 18 nəfər xarici ölkələrə müalicəyə göndərilib, 657 nəfər Əlillərin Bərpa Mərkəzində müalicə olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib:

"Bu gün Azərbaycan dövləti sağlamlıq imkanları məhdud şəxslərə, torpaqlarımızın müdafiəsi zamanı sağlamlığını itirmiş insanlara, şəhid ailələrinə hərtərəfli qayğı göstərir. Bu kateqoriyadan olan insanların mənzil və avtomobillə təmin olunması da bu sahədə həyata keçirilən tədbirlərin davamıdır".

Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim edib.
Milli.Az





Tags:  Vasif Talıbov ev avtomobil verdi FOTO


RƏYLƏR


Top news