Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Xalq artistlərinin qardaşı maşını çırpdı

Xalq artistlərinin qardaşı maşını çırpdı

ABŞ-da da sürücü maşını izdihama çırpdı (26 Fevral 2017 06:09)
Silahlı sürücü maşını izdihama çırpdı (25 Fevral 2017 22:39)
"Qu gölü" baletinin tamaşası 8 Mart - Beynəlxalq qadınlar gününə həsr olunacaq (23 Fevral 2017 18:17)

Tarix: 24 Dekabr 2015 21:42

Paytaxtın Yasamal rayonu ərazisində Azərbaycan Milli Dram Teatrının qarşısında yol qəzası baş verib.

Milli.Az anspress-ə istinadən bildirir ki, şirkətlərdən birinə məxsus olan və Elman Məmmədov Zakir oğlunun idarə etdiyi inkasator (pul daşımaq üçün istifadə olunan maşın) Dram Teatrının qarşısındakı yolun kənarındakı məhəccərə çırpılıb.
 
Hadisə nəticəsində sürücü xəsarət almasa da, maşına ziyan dəyib, eyni zamanda yolun kənarında olan yol nişanı əzilib. Yol hadisəsinin baş verməsinə səbəb sürücünün idarəetməni itirməsi olub. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Aldığımız məlumata əsasən, inkasatorın sürücüsü xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların qardaşıdır.

Hadisə ilə bağlı faktı Gülyaz Məmmədova da təsdiqləyib:
 
"Qardaşım deyir ki, qarşıma qəfildən taksi çıxdı, içərisində də çoxlu adam var idi, taksi ilə toqquşmamaq üçün maşını kənara qaçırtdım. Ona görə özümə ziyan dəyməsə də, maşına ziyan dəydi".
Milli.Az


Teqlər:  Xalq artistlərinin qardaşı maşını çırpdı



RƏYLƏR


Top xəbərlər