İmam Həsən Əsgərinin (ə) qeyb xəzinəsindən incilər

İmam Həsən Əsgərinin (ə) qeyb xəzinəsindən incilər
21:57 24 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

İmam Həsən Əsgərinin (ə) dostlarından biri olan Əbu Haşim Cəfəri nəql edir: "Bir gün İmam (ə) öz atına minir və səhraya tərəf hərəkət edir. Mən də Həzrətlə (ə) bir yerdə yola düşdüm. İmam (ə) mənim qarşımda hərəkət edirdi. 

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bir qədər yol gedəndən sonra anidən borcum yadıma düşdü və bir söz demədən onu zehnimdən keçirtdim. Sonra çarə düşünməyə başladım. Bu zaman İmam (ə) mənə diqqət etdi və buyurdu: "Narahat olma. Allah Təala onu əda edəcəkdir". Sonra əyildi və əlində olan əsa ilə torpağın üstündə xətt çəkdi. Buyurdu: "Ey Əbu Haşim! Yerə düş və onu götür. Bu əhvalatı heç kəsə söyləmə". O zaman ki, yerə düşdüm, gördüm ki, torpağın içində bir neçə qızıl sikkə vardır. Onu götürdüm və xurcunuma qoydum. Atıma minib İmamla (ə) bir yerdə hərəkət etməyə başladım.
Bir qədər gedəndən sonra yenə öz-özümə düşündüm ki, əgər bu qızıllar mənim borcum qədər olsa, yaxşı olardı. Ancaq mən yoxsulam və ailəmin xərcini təmin edə bilmirəm. İndi qış fəslidir və ailə üzvlərimin münasib geyimi və azuqəsi yoxdur. Bu zaman bir söz deməmiş İmam (ə) mənə nəzər saldı və yenə əyilib əsası ilə xətt çəkdi. Sonra mənə buyurdu: "Ey Əbu Haşim! Onu götür və bu sirri heç kəsə söyləmə". Yerə düşən zaman gördüm ki, torpağın içində bir neçə dənə gümüş sikkə vardır. Onu götürdüm və xurcuna qoydum. Ata minib yola davam etdik və bir qədər yol gedəndən sonra evimizə qayıtdıq.
İmam (ə) öz evinə getdi, mən də öz evimə yollandım. Bir neçə gün sonra qızıl sikkələri bazara apardım və qiymət qoydurdum. Məhz borcum qədər idi. Nə az və nə də çox. Gümüş sikkələri də satdım və ailə üzvlərimin ehtiyaclarını təmin etdim".
İsmayil ibni Muhəmməd Abbas ibni Əbdulmüttəlibin nəvələrindən biridir ki, nəql edir: "Bir gün İmam Həsən Əsgərinin (ə) yolunun üstündə əyləşdim və Həzrət (ə) oradan keçən zaman ondan yardım istədim. And içdim ki, pulum yoxdur. Hətta ailəmin azuqəsini təmin edə bilmirəm. Həzrət (ə) qabağa gəldi və buyurdu: "Yalandan and içirsən. Halbuki həyətinin ortasında 200 dinarı gizlətmisən. Mənim səninlə bu rəftarım ona görə deyil ki, sənə yardım etməyəcəyəm". Həzrət (ə) onunla bir yerdə gedən nökərinə buyurdu: "Yanında nə qədər pulun var?". Cavab verdi: "Yüz dinar". Həzrət (ə) ona əmr etdi ki, həmin pul mənə versin. Mən həmin pulu alan zaman Həzrət (ə) buyurdu: "Ey İsmayil! Gizlətdiyindən çoxuna ehtiyacın olacaqdır və ona qarşı nakam olacaqsan". İsmayil deyir: "Bir müddət sonra çox ehtiyacım yarandı və həmin 200 dinarın sorağına getdim. Ancaq hər nə qədər axtardımsa, onu tapa bilmədim. Sonra başa düşdüm ki, oğlanlarımdan biri onun yerini öyrənib və onu götürmüşdür. Mən də bu cür nakam qaldım". 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR