İnternetdə də qrossmeyster olmaq mümkündür

İnternetdə də qrossmeyster olmaq mümkündür
21:57 24 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Şahmat Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qəbul edilmiş ilk və yeganə idman növüdür ki, onu rəsmi olaraq onlayn oynamaq mümkündür.

"FIDE Onlayn Arena" Dünya Şahmat Federasiyasının yeganə rəsmi onlayn platformasıdır. Burada rəsmi partiyalar oynamaq, turnirlər və hətta onlayn dünya çempionatı keçirmək mümkündür. Bütün oyunçuların beynəlxalq reytinqi hesablanır, həmçinin onlayn rəsmi ad, o cümlədən qrossmeyster adı mümkündür. Yeni ilə cəmi bir neçə gün qalmış "FIDE Onlayn Arena" yeni interfeysini dünya şahmatsevərlərinə hədiyyə olaraq işə salıb. "FIDE Onlayn Arena" bütün şahmat həvəskarlarına nadir oyun təcrübəsinə dair zəmanət verir.

"FIDE Onlayn Arena"ya http://arena.fide.com  saytında qoşulmaq olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/392906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR