Rəsmi Bağdad öz maraqları üçün PKK-nı silahlandırır.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Şimali İraq Kürd Regional Rəhbərliyinin daxili işlər komissiyasının nümayəndəsi Nazim Herki deyib.
"Bağdad öz maraqları üçün PKK-nı silahlandırıb, Haşdi Şabi (şiə qüvvələri) qruplaşmasını tərkibinə daxil etmək istəyir. Əsas hədəf hər bölgədə güclənən kürdlərin qarşısını kəsmək və onları bir-biri ilə qarşılaşdırmaqdır. PKK-nın Bağdad tərəfindən silahlandırılması böyük bir yanlışlıqdır. Eyni zamanda bu İraqın Türkiyəyə müharibə etməsi anlamına gəlir. Buradan heç kim uğur əldə etməyəcək", - Herki əlavə edib.
Milli.Az