Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

NASA Mars missiyasıeı təxirə saldı

NASA Mars missiyasıeı təxirə saldı

Date: 24 December 2015 22:42

ABŞ Kosmik Agentliyi (NASA) qurğulardan birində yaranan nasazlığa görə bu yaxınlarda Mars planetinə göndəriləcək aparatın buraxılışını təxirə salmaq barədə qərar qəbul edib.

Buraxılışın 2016-cı ilin martında həyata keçirilməsi, aparatın isə Marsa altı aydan sonra enməsi nəzərdə tutulurdu.

Milli.Az ICTnews-a istinadən bildirir ki,  buna Fransa Kosmik Agentliyinə məxsus seysmometrin işində baş verən nasazlıqlar səbəb olub. Belə ki, seysmometrin havanın sovrulması sistemində nasazlıqlar aşkarlanıb. Agentliyin məlumatına görə, aparatın təmiri üçün göstərilən səylər uğursuzluqla nəticələnib.

Bu, missiyada iştirak etməli olan iki əsas qurğudan biridir. Onun yanvarda Cənubi Kaliforniyaya gətirilməsi gözlənilirdi.

Aparatın buraxılmasında məqsəd Marsın dərinliklərinin geoloji quruluşunun öyrənilməsidir. Hazırda buraxılışın nə vaxt baş tutacağı naməlumdur. Aparatların Marsa optimal çatdırılma vaxtı hər iki ildən bir olur. "NASA" 2018-ci ili gözləyəcəyini və ya bahalı aparatı martda buraxmağa çalışacağını hələ ki bəyan etməyib.

Milli.Az


Tags:  NASA Mars missiyasıeı təxirə saldı

RƏYLƏR


Top news