Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qaynata 4 uşaq anası olan gəlinini öldürdü - FOTO

Qaynata 4 uşaq anası olan gəlinini öldürdü - FOTO

Date: 24 December 2015 23:27

Məmmədova 4 uşaq anası olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində Qusar rayon sakini Amanxan Nəcəfovun (1938-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu il iyulun 25-də rayonun Avaran kəndində yaşayan Amanxan Nəcəfov ailə münaqişəsi zəminində gəlini Sevinc Məmmədovaya (1977-ci il təv.) ov tüfəngindən atəş açaraq onu qətlə yetirib.

Həmin gün hadisəni törədən şəxs RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, ona məxsus "IJ-16" markalı odlu silah maddi sübut olaraq götürülüb. Mərhumun yaxınlarının bildirdiyinə görə, münaqişələr mərhumla əri arasında bundan əvvəl tez-tez baş verib. S.Məmmədova 4 uşaq anası olub.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin tərkibi elan olunub.

Məhkəmə baxışı dekabrın 28-ə təyin edilib.
Milli.Az









Tags:  Qaynata uşaq anası olan gəlinini öldürdü FOTO


RƏYLƏR


Top news