Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Taekvondo üzrə respublika birinciliyinin üçüncü gününün nəticələri məlum olub

Date: 24 December 2015 23:53


Bakı, 25 dekabr, AZƏRTAC
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən gənclər arasında taekvondo üzrə respublika birinciliyinin üçüncü gününün qalibləri məlum olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi yarışda oğlanların mübarizəsində Əli İsazadə (51 kq), Qaşım Maqomedov (55 kq) və Orxan Tağızadə (78 kq), qızların mübarizəsində isə Şəms İsayeva (52 kq), Sevil Zamanova (63 kq) və Jalə Əsədli (68 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qalib idmançılar diplom və medallarla təltif ediliblər.
Birincilikdə paytaxtda və bölgələrdə fəaliyyət göstərən komandaların idmançıları yarışıblar.

Tags:  Taekvondo üzrə respublika birinciliyinin üçüncü gününün nəticələri məlum olub


RƏYLƏR


Top news