Xəzəri cilovlamaq planı (VİDEO)

Xəzəri cilovlamaq planı (VİDEO)
23:56 24 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Bu günlərdə “Günəşli” yatağında baş verən faciədən və Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsindən sonra Türkiyəyə məxsus yüklərin Xəzər vasitəsilə daşınamasından sonra "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin diqqətini cəlb etdi.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Vüqar Sadıqov “Nəzər Nöqtəsi”ndə bütün bunlara aydınlıq gətirib.

- Vüqar müəllim "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycana lider tranzit ölkə statusunu qazandırmağa hazırdırmı?


– Əlbəttə, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti yarandığı ilk gündən ölkə rəhbərliyi tərəfindən qarşısına önəmli vəzifələr qoyulub. Bu vəzifələrdən birincisi məhz Azərbaycan üzərindən daşınan tranzit yüklərin vaxtında, keyfiyyətli daşınması təmin etmək və tranzit ölkə imicini möhkəmləndirməkdir.

– Tranzit ölkə imicini formalaşdırmaq üçün yükdaşıyan gəmilər olmalıdır. Məndə olan məlumata görə, bizim 12 gəmimiz var. Onlardan ikisi Ro-Ro tipli, qalanı isə bərədir. Deyilənlərə görə, onlardan beşi isə hazırda təmirə dayanıb. Əslində, bizim gəmi bazamız bu dəqiqə nə yerdədir?

– Bütövlükdə, Dəniz Nəqliyyat Donamasının tərkibinə 97 gəmi daxildir. Bu sırada iki Ro-Ro tipli gəmi və13 bərə yer alır. Ro-Ro tipli gəmi əsasən minik və yük avtomobilləri daşıyan gəmidir. Qeyd edim ki, hazırda 12 bərə istismara tam hazırdır. Bu gün isə 10 bərə və iki ədəd Ro-Ro tipli gəmi fəaliyyət göstərir. Eyni zamanda iki – “Professor Gül” və “Merkuri-1” bərə gəmisi yaxın günlərdə istismara buraxılacaq.

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368101

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR