Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cəhənnəmdə bitən Zəqqum ağacının meyvələri kimin üçündür?

Cəhənnəmdə bitən Zəqqum ağacının meyvələri kimin üçündür?

Date: 24 December 2015 23:57

Necə ki, insan bu dünyada həm cismi və həm də ruhu ilə bir iş görər, axirətdə aldığı mükafatlar və çəkəcəyi cəzalar da həm ruhanidir, həm də cismani. Quran, günahkarları pis əməllərindən çəkindirmək üçün onları cəhənnəm əzabı ilə, xüsusilə də cəhənnəm yeməkləri və içəcəkləri ilə qorxudur.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, belə ki, buyurur: "Qonaq olmağa (ziyafət üçün) bu daha yaxşıdır, ya (Cəhənnəmdəkilərin qonaqlığı üçün olan) "zəqqum" ağacı?! Həqiqətən, Biz onu zalımlar üçün bir əzab vasitəsi etdik". ("Saffat" 62-63).
"Şübhəsiz, (Cəhənnəmin dibində bitən və budaqları onun bütün təbəqələrinə çatan) Zəqqum ağacı peşəsi günah olan kəsin yeməyidir". ("Duxan" 43).
"Mütləq (görünüş, dad və iyi pis olan) zəqqum ağacından yeyəcəksiniz.Beləliklə qarınları(nızı) onunla dolduracaqsınız.
Onun üstündən qaynar su içəcəksiniz". ("Vaqiə" 52-54).
"Zəqqum" sözü "zəqəm" sözündən götürülmüş, mənası "udmaq" deməkdir. Bəzilərinin dediyinə görə, bu söz Həbəşədən ərəblərin dilinə gəlmişdir. Hər bir halda pis görünüşlü, acı, ləzzətsiz, pis iyli, zəhərli bir bitkinin adıdır ki, bədənə dəyən kimi bədən şişər. Yarpaqları kiçikdir və cəhənnəm dərəsində bitər. Cəhənnəm əhlinin yeməyi sayılar.
"Saffat" surəsi zəqqum ağacının üç xüsusiyyətini bizə bəyan edir: biri budur ki, günahı sevənlərin yeməyidir. İkincisi budur ki, qurğuşun və ya mis kimidir. Üçüncüsü isə insanın qarnında qaynayan su kimi səs çıxardar.
Bəli, Əbu Cəhl, Əbu Süfyan, Müaviyyə, Yezid lənətliklər kimiləri cəhənnəmdə ağacın cücərəcəyinə təəccüb etsələr də, Allah hər şeyə qadirdir. Hər nəyi iradə etsə yerinə yetər. Və zalımlar bu ağacın məhsulundan mütləq dadacaqlar.
Milli.Az


Tags:  Cəhənnəmdə bitən Zəqqum ağacının meyvələri kimin üçündür


RƏYLƏR


Top news