Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Taksi sürücüsü müştərinin evində yatdı, soyuldu

Taksi sürücüsü müştərinin evində yatdı, soyuldu

Date: 25 December 2015 00:05

Bakıda gecə saatlarında müştərisini evinə aparan taksi sürücüsü onun evində qalmağa qərar verib. Lakin adam həmin evdə kirayədə yaşayan şəxs sürücünün yatmasından sui-istifadə edib. 

Milli.Az-ın məlumatına görə, Lənkəran rayon sakini, 1992-ci il təvəllüdlü Cavid Rzalı polisə müraciət edərək bildirib ki, səhərə yaxın saat 05 radələrində taksi kimi fəaliyyət göstərdiyi "Chevrolet Aveo" markalı avtomobillə müştəri kimi gətirdiyi şəxslə birlikdə onun kirayədə yaşadığı Mətbuat prospektində yerləşən evinə girib. Gecəni həmin evdə yatmağa qərar verən sürücü səhər oyandığında soyulduğunu bilib. Müştərisi o yatan zaman cibindən 20 manat pul və avtomobilin açarlarını götürüb.

Həmin şəxs avtomobili də qaçırıb. Həmin avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin 152-ci maddəsi ilə 10 saylı cərimə dayanacağına yerləşdirilib. YPX əməkdaşları həmin vaxt müştərinin soyğunçuluq etdiyini bilmədikləri üçün onu sərbəst buraxıblar. Aparılan araşdırmalarla həmin şəxsin Qusar rayon sakini, 1985-ci il təvəllüdlü Eduard Mirzəcanov olması müəyyən edilib. E.Mirzəcanovun saxlanılması üçün tədbirlər keçirilir.

Fatimə İshakova
Milli.Az


Tags:  Taksi sürücüsü müştərinin evində yatdı soyuldu

RƏYLƏR


Top news