9 yaşlı qız 10 minlik qızılı pəncərədən atdı

9 yaşlı qız 10 minlik qızılı pəncərədən atdı
00:12 25 Dekabr 2015
94 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda oğurluq hadisəsi baş verməsi haqda polisə verilən məlumatın araşdırması zamanı ilginc məqamlar ortaya çıxıb.

Belə ki, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yaşayan 1978-ci il təvəllüdlü Vüsalə Qurbanova 102 xidmətinə zəng edərək 10 min manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib.

Milli.Az-ın məlumatına görə, araşdırma zamanı müəyyən edilib ki, onun qızı, 2006-cı il təvəllüdlü Mədinə anasının çarpayısının örtüyünü pəncərədən çırparkən içərisindən 2 min manat pul və qızıl zinət əşyaları olan pul kisəsi küçəyə düşüb.

Fatimə İshakova
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/392847.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR