Muzey Mərkəzində gənc rəssamın fərdi sərgisi açılacaq

Muzey Mərkəzində gənc rəssamın fərdi sərgisi açılacaq
00:13 25 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Dekabr 25-26-da Muzey Mərkəzinin “Sərgi Qalereyası”nda gənc rəssam Gülarə Hüseynovanın “Qəlbimim rəngləri” adlı fərdi sərgisi keçiriləcək.
Muzey Mərkəzindən AZƏRTAC-a bildirilib ki, sərgidə rəssamın müxtəlif janrlarda çəkdiyi 34 rəsm əsəri nümayiş olunacaq.
Gülarə Hüseynovanın yaradıcılığında natürmortlar və mənzərələr böyük yer tutur. Gənc rəssam əsərlərinin hər birində özünü əks etdirir. O deyir: “Mən gördüyümü çəkirəm, amma istəyirəm ki, hər kəs mənim rəsmlərimdə xüsusi bir məna tapsın”.
Xəzər Universiteti nəzdində fəaliyyət göstərən “Dünya məktəbi”nin 7-ci sinfində oxuyan G.Hüseynovanın əsərlərində bəzi dərin fəlsəfi mənalar özünü göstərməkdədir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Muzey_Merkezinde_genc_ressamin_ferdi_sergisi_achilacaq-914198

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR