Rusiyanın Türkiyəyə növbəti hücumu

Rusiyanın Türkiyəyə növbəti hücumu
01:16 25 Dekabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin hava sahəsini pozduğu üçün vurulan Su-24 bombardman təyyarəsindən sonra Rusiyanın Türkiyəyə qarşı zərbələri davam etdirir.

ANS PRESS-in məlumatına görə, Türkiyənin bir çox bank saytlarına kiber hücum edilib. Qlobal kompüter xakerləri qrupu Türkiyənin ən əhəmiyyətli bankları başda olmaqla bir çox (com.tr) domeni ilə DNS server sistemlərinə hücum edib.

Xaker hücümündan sonra girişi məhdudlaşdırılan saytlar sırasında "İş bankası", "Garanti", "Akbank", "Ziraat" və "Yapı Kredi" bankları da yer alıb. İnternet üzərindən bankların saytlarına daxil ola bilməyən istifadəçilər şikayətlərini sosial media ilə bildiriblər.


Xaker hücumuna mərzu qalmış sayt

Rusiyalı xakerləri bir neçə gündür ki, Türkiyənin minlərlə internet saytına kiber hücum həyata keçirir. Keçən həftənin sonundan başlayan xaker hücumları Türkiyənin bir çox bank sistemində problemlər yaradıb.

Türkiyədə 31 mart 2015-ci il tarixində ölkə daxilində böyük bir elektrik kəsilməsi baş vermişdi, əvvəl səbəbləri texniki nasazlıq deyilirdisə, daha sonra enerjinin əsl səbəbi kiber hücumun nəticəsində baş verdiyi məlum olmuşdu.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368099

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR