Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bank of Baku" manat kreditlərinə endirim tətbiq edir

"Bank of Baku" manat kreditlərinə endirim tətbiq edir

Date: 25 December 2015 01:43


Bakı, 25 dekabr, AZƏRTAC
Manatla kreditləşməni davam etdirən "Bank of Baku" Yeni il ərəfəsində müştərilərinə bayram hədiyyəsi olaraq nağd pul kreditlərinə 3 faizədək endirim tətbiq edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, endirim kampaniyasından dekabrın 30-dək "Bank of Baku"ya nağd pul krediti üçün müraciət edən müştərilər faydalana biləcəklər. Kredit manatla dövlət və özəl müəssisələrində çalışan şəxslərə, həmçinin bankın təkrar müştərilərinə 5 min manatadək məbləğdə 12 ay müddətinə verilir. Kreditin rəsmiləşdirilməsi üçün tələb olunan iş yerindən arayışı müştərilər bankdan ayrılmadan "Elektron hökumət" xidməti vasitəsilə müraciət etdikləri filialda əldə edə bilərlər.

Tags:  Bank of Baku manat kreditlərinə endirim tətbiq edir



RƏYLƏR


Top news