Atambayev Ərdoğanı diz çökdürmək istəyir

Atambayev Ərdoğanı diz çökdürmək istəyir
01:46 25 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Qırğızıstan prezidenti Almazbek Atambayev Rusiyanın SU-24 təyyarəsini vurduğu üçün üzr istəməli olduğunu qeyd edib. Atambayev müraciətində “Tayyip abi, Rusiyanın SU-24 təyyarəsini vurduğunuz üçün üzr istəməlisiniz" ifadəsini işlədib.

ANS PRESS-in məlumatına görə, Almazbek Atambayev prezident Rəcəb Tayyib Ərdoğan baş nazir olduğu dövrdə də "Tayyib abi" deyə xitab edib, hətta Ərdoğan prezident seçildikdən sonra ilk çıxışında da yanında olan Qırğızıstan prezidenti Almazbek Atambayev gözlənilməz bir fikir irəli sürüb.


Ərdoğan prezident seçildikdən sonra yanında olan Almazbek Atambayev

Atambayev qeyd edib ki, Türkiyənin Rusiyanın Su-24 təyyarəsini vurmaq qərarı səhvdir və Ankaranın üzr istəməsi lazımdır. Daha sonra Atambayev bildirib: "Türkiyənin bu cür radikal tədbirə getməməsi lazım olduğunu ən başda söyləmişdik. Bu, faciəvi bir səhv idi, bu həm türk, həm də rus xalqı üçün bir problemdir".

"Bu mövzu haqqında Vladimir Putin ilə görüşdük. Rəcəb Tayyib Ərdoğan ilə görüşümüzdə də öz fikrimi bildirdim. Təyyarəni vurmaq qərarı qətiliklə səhv idi. Hətta təyyarə Türkiyə hava sahəsinə girmiş olsa belə onların dediyi kimi, 17 saniyəliyinə, yalnız 17 saniyəliyinə 20 ildən uzun müddətdir ki, qurulan qarşılıqlı əlaqələri raketlə vurmaq səhv idi. Bizim ölkəmizin sərhədlərinə qonşu ölkələrin təyyarələrinin girdiyi zamanlar da oldu. Həm də saniyəliyinə deyil, saatlarla. Amma biz onları vurmadıq. Bizim üçün sülh daha əhəmiyyətlidir".


Rusiya prezitenti Vladimir Putin və Almazbek Atambayev

Atambayev Türkiyə və Rusiyanın problemi həll etmək üçün səyləri birləşdirəcəklərinə ümid edib: "Rusiya və Türkiyə arasındakı vəziyyətin pisləşməsi həm siyasi, həm də iqtisadi baxımdan iki ölkə üçün də sərfəli deyil. Türkiyənin Rusiyadan üzr istəməsini düzgün hesab edirəm".

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368107

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR