İspaniyada XV əsrə aid məscid bərpa olunur

İspaniyada XV əsrə aid məscid bərpa olunur
02:33 25 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Madrid, 25 dekabr, AZƏRTAC
İspaniyanın Zaraqoza vilayətinin Tarazona şəhərində yerləşən Tortoles məscidi bərpa edilir. Bu məscid 1980-ci ilədək anbar kimi istifadə olunub. O zamandan bəri isə bərpası həyata keçirilmədən saxlanılıb.
Bu məscid XV əsrin ortalarında - İspaniya ərazisində müsəlman mədəniyyətinin hakim olduğu son dövrdə inşa olunub. Məscid həm də həmin dövrdən zəmanəmizə gəlib çatmış nadir memarlıq nümunələrindəndir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ispaniyada_XV_esre_aid_mescid_berpa_olunur-914200

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR