"Şərq bazarı"nın qarşısında 21 yaşlı gənc güllələndi

"Şərq bazarı"nın qarşısında 21 yaşlı gənc güllələndi
02:39 25 Dekabr 2015
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Rzayi Emil Sülfi mübahisə zəminində naməlum şəxs tərəfindən tüfənglə güllələnib

Bakıda 21 yaşlı gənc güllələnib. APA-nın məlumatına görə, hadisə Nərimanov rayonu, Xətai prospektindəki "Şərq bazarı"nın yaxınlığında qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Rzayi Emil Sülfi mübahisə zəminində hələlik kimliyi məlum olmayan şəxs tərəfindən tüfənglə güllələnib. Yaralı təcili yardım maşını ilə dərhal  Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ayağından yaralanan 21 yaşlı gənc dərhal əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti hələlik orta ağırdır.

 

Hadisə yerinə Nərimanov rayon Polis İdarəsinin əməkdaşları gələrək araşdırmalara başlayıblar. Polisdən verilən məlumata görə, 21 yaşlı Rzayi Emil Sülfinin kim tərəfindən, hansı səbəbdən güllələndiyi aparılan araşdırmalardan sonra məlum olacaq.



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226488

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR