Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İŞİD Ər Ramadi polis idarəsinə uğursuz hücum etdi

İŞİD Ər Ramadi polis idarəsinə uğursuz hücum etdi

İŞİD polis polkovnikini əsir götürdü (20 Mart 2017 22:33)
Bıçaqlı şəxs yoldan keçənlərə hücum etdi: 4 yaralı (13 Mart 2017 00:09)
Naməlum şəxs balta ilə vağzala hücum etdi - Yaralananlar var (10 Mart 2017 03:18)

Tarix: 25 Dekabr 2015 02:44

İraq xüsusi xidmət orqanlarının əməkdaşları İŞİD terrorçularının Ər Ramadi şəhər polis idarəsinin binasına hücumunu dəf edərək, yeddi silahlını məhv edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə CNN telekanalı məlumat yayıb. Əməliyyatın təfərrüatları barədə məlumat verilmir.  

 

Qeyd edək ki, İraq Silahlı Qüvvələri ötən gün Ər Ramadi şəhərinin mərkəzi hissəsini terrorçulardan təmizləmə əməliyyatına başlayıb. Məlumata görə, əməliyyata İraq Hərbi-Hava Qüvvələri, koalisiya təyyarələri, Anbar vilayətinin polis qüvvələri və könüllü dəstələr cəlb edilib.  Ordu yaxın bir neçə gün ərzində Ər Ramadi şəhərini  terrorçulardan tamamilə azad etməyi planlaşdırır .


Teqlər:  İŞİD Ər Ramadi polis idarəsinə uğursuz hücum etdi



RƏYLƏR


Top xəbərlər