​Azərbaycandan olan dağ yəhudisi Almaniyada deputat seçilib

​Azərbaycandan olan dağ yəhudisi Almaniyada deputat seçilib
02:52 25 Dekabr 2015
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 dekabr. REPORT.AZ/ Dekabrın 20-də Almaniyanın paytaxtı Berlin şəhərinin yəhudi icması parlamentinə seçkilər keçirilib.
"Report" xəbər verir ki, seçkilərin nəticələrinə görə, dağ yəhudisi və Almaniyanın "Dağ yəhudiləri" icmasının nümayəndəsi, 23 yaşlı tələbə Emanuel Adinayev KOAX partiyasından uğurla deputat seçilib.
Bundan əlavə, icma üzvlərinin məlumatına görə, KOAX partiyası səs çoxluğu əldə edib və parlamentdə mövcud olan 21 yerdən 13-nü tutub.
Qeyd edək ki, gələcəyin kimyaçı və fiziki olan Emanuel Adinayev Berlində, Azərbaycanın Quba rayonunun Qırmızı qəsəbəsindən (Yəhudi qəsəbəsi) olan ailədə doğulub.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/azerbaycandan-olan-dag-yehudisi-almaniyada-deputat-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR