Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

​Afrikada təyyarə yaşayış evlərinə girib, 7 nəfər ölüb

​Afrikada təyyarə yaşayış evlərinə girib, 7 nəfər ölüb

Təyyarə yaşayış evinin üstünə düşdü (25 Mart 2017 07:48)
ABŞ-da təyyarə evin üstünə düşdü (25 Mart 2017 07:34)
5 nəfərin olduğu təyyarə qəzaya uğradı: ölən var (07 Mart 2017 13:47)

Tarix: 25 Dekabr 2015 03:22

Bakı. 25 dekabr. REPORT.AZ/ Dekabrın 24-də Konqoda yük təyyarəsinin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub. Faciəvi hadisə Mbudji-Mayi şəhərinin hava limanında baş verib.
"Report" xəbər verir ki, bu barədə AFP-yə Şərqi Kasai əyalətinin qubernatoru Nqoyi Kasandji məlumat verib.
"Air Service" aviaşirkətinə məxsus "A320" təyyarəsi eniş edən zaman uçuş-eniş zolağından kənara çıxıb və hava limanı yaxınlığındakı yaşayış evlərinə girib. Evlərdə olan 7 nəfər həyatını itirib.
İlkin məlumatlara görə, təyyarənin əyləcində problem yaranıb. Qəzaya səbəblərdən biri kimi insident baş verən zaman yağan leysan yağışlar da göstərilir.


Teqlər:  Afrikada təyyarə yaşayış evlərinə girib nəfər ölüb



RƏYLƏR


Top xəbərlər