Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya Ərdoğanın istefasını gözləyir (VİDEO)

Rusiya Ərdoğanın istefasını gözləyir (VİDEO)

Date: 25 December 2015 03:36

Rusiya Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Mariya Zaxarova Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, “Türkiyənin İŞİD-lə neft sahəsində əməkdaşlığı sübut olunarsa bu kresloda oturmaram” sözlərini xatırladıb. ANS PRESS-in məlumatına görə, Rusiya XİN sözçüsü ölkəsinin artıq bunu sübuta yetirdiyini bildirib. Mariya Zaxarova bunu xatırladaraq kreslonun nə vəziyyətdə olduğunu öyrənmək istədiyini bildirib.

“Danimarkanın “Rystad Energy” şirkəti Türkiyənin neft qaçaqmalçılığı ilə əlaqəsini göstərən hesabat paylaşdı. Türkiyənin prezidenti cənab Ərdoğan Parisdəki iqlim sammitində jurnalistlərə verdiyi açıqlamada ölkəsinin neft qaçaqmalçılığı sübuta yetirilərsə kreslosunda oturmayacağını demişdi. Biz onsuzda bunu sübuta yetirdik. Mən sadəcə olaraq kresloda vəziyyət necədir, öyrənmək istədim.”


Rusiya Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Mariya Zaxarova

Noyabrın 24-də Suriyada hərbi əməliyyatda olan Rusiyaya aid “Su-24” qırıcısı Türkiyənin hava srhəddini pozduğu üçün bu ölkənin hərbi aviasiyasına aid “F-16” qırıcısı tərəfindən vurulmuşdu. Bundan sonra iki ölkə arasında başlayan diplomatik gərginlik iqtisadi sanksiyalarla davam etmişdi.

Türkiyə Rusiya ilə barışığa dəfələrlə cəhd etsə də prezident Vladimir Putin rəsmi Ankaradan üzr gözlədiyini bəyan edərək kompromisə getməmişdi.



Tags:  Rusiya Ərdoğanın istefasını gözləyir VİDEO


RƏYLƏR


Top news