Tornado ABŞ-da 10 can aldı

Tornado ABŞ-da 10 can aldı
05:39 25 Dekabr 2015
23 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Missisipi, Tennessi və Arkanzas ştatlarında tüğyan edən tornado (güclü qasırğa) 10 ölümünə səbəb olub. APA-nın “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində yüzlə evə ciddi ziyan dəyib, bir neçə isə tamamilə uçub.

 

Məlumata görə, ölənlərdən altısı Missisipi ştatının sakinləri olub. Hadisə zamanı 40-dan çox sakin xəsarət alıb. Missisipi xilasetmə qurumları sakinləri, imkan daxilində, şəhəri tərk etməyə çağırıb.

 

Qeyd edək ki, 2015-ci ildə ABŞ-da 718 tornado qeydə alınıb.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226497

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR