Ananın oğlu üçün qəribə fədakarlığı (FOTO)

Ananın oğlu üçün qəribə fədakarlığı (FOTO)
06:06 25 Dekabr 2015
102 Digər
Ölkə mətbuatı
A- A+

Britaniyanın Portsmut şəhər sakini oğluna hədiyyə almaq üçün pornofilmdə çəkilib.

ANS PRESS-in məlumatına görə, 20 yaşlı Meqan Klara beşyaşlı oğlu Eştonu təkbaşına tərbiyə edir. Meqan bir il əvvəl belə addım atmağa qərar verib. Onda o oğluna "Sehrli ekran" oyununu, oyuncaqlar və yeni geyim alıb.

“Digər uşağların valideynlərindən bahalı hədiyyələr alması Eştonu məyus etmişdi. Mən oğluma görə bu yola getdim. Mən qorxurdum ki, Eşton yenə məyus olar. Bir il əvvəl həftədə təxminən 119 dollar qazanırdım”,- deyə qadın dərdini bölüşüb. Meqan pornoda çəkilməyə başladıqdan sonra qazancı əhəmiyyətli dərəcədə artıb. Bir epizod üçün o təxminən 743 dollar alır. Bu dəfə qadın oğlu üçün milad hədiyyələrinə 2,2 min dollar xərcləyib.


Meqan Klara beş yaşlı oğlu Eştona aldığı hədiyələrlə

"Eşton artıq üç il idi velosiped istəyirdi və mən nəhayət onun xəyalını reallaşdıra bildim. Bu gözəl hissdir. İnsanlar deyirlər ki, o ərköyünləşir. Amma bu belə deyil. O mənim tək oğlumdur və indi məndə ona yaxşı şeyləri almaq üçün pul var ", - deyə qadın qeyd edib. O həmçinin bildirib ki, böyüklər üçün filmlərdə çəkilmək də pis bir şey görmür.

"Mən öz pulunu necə istəyirəm elə xərcləyə bilərəm. Mən alkoqol, narkotiklər və ya siqaretlər almıram, niyə mən onları özümə və Eştona xərcləyə bilmirəm? Məni daim ittiham edən insanlar mənə bezdirib. Həmçinin məktəbdə mənim arxamca pıçıldaşan başqa analar. Mən heç vaxt sevdiyim işi dayandırmayacağam və düşmənlər yalnız məni daha güclü edəcəklər", - deyə Meqan bildirib.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368108

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR