Hollandiyadan Türkiyəyə zərbə

Hollandiyadan Türkiyəyə zərbə
06:41 25 Dekabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+

Hollandiyanın anamüxalifətçi Xristian Demokrat Partiyası (CDA) Türkiyədə PKK terror qruplasşmasına qarşı keçirilən hərbi əməliyyatları parlamentdə müzakirəyə çıxarıb. ANS PRESS-in məlumatına görə, CDA millət vəkili Piter Omtziqt bu əməliyyatlar səbəbindən Avropa İttifaqından (Aİ) Türkiyəyə göstərilən maddi yardımın dayandırılmasını təklif edib.

Omtziqtin təklifi parlamentdəki 7 partiya tərəfindən dəstəklənib. Həmçinin Liberal Sağ Partiya (VVD), Fəhlə Partiyası (PvdA) və Azadlıq Partiyası (PVV) Türkiyənin Aİ-yə üzvlüyü müzakirələri çərçivəsində islahatlar üçün aldığı yardımların təyinatına uyğun xərclənmədiyini iddia ediblər.

Parlamentin əksəriyyəti tərəfindən dəstəklənən təklif Xarici İşlər Nazirliyi və Aİ komissiyası tərəfindən də qəbul edilib. Həmçinin Hollandiya hökuməti parlamentdən Aİ nəzdində məsələ qaldırmasını da tələb edib.

Avropa İttifaqının xarici işlər komissarı Federika Mogerininin sözçüsü isə terror təşkilatına qarşı əməliyyatların dayandırılması üçün Türkiyəyə müraciət edib. Aİ nümayəndəsi “sülh prosesi”nin yenidən başladılması təşəbbüsünə də dəstək verəcəklərini açıqlayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368116

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR