Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Kokoslu həzz" tortu - FOTO

"Kokoslu həzz" tortu - FOTO

Date: 25 December 2015 07:05

Milli.Az "Kokoslu həzz" tortunun hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

1 banka qatılaşdırılmış süd
2 yumurta
160 q un 
10-12 q qabartma tozu
500 q qaymaqlı pendir
350 ml qaymaq 
150-160 q şəkər pudrası
4-5 x.q. kokos yonqarı

Yumurtaları çalıb qatılaşdırılmış südü əlavə edib qarışdırın. Ələnmiş unu qabartma tozu ilə qarışdırıb əlavə edin, çalın. Oladi xəmiri kimi duru kütlə alınacaq. 

Perqamentin üzərində dairə çəkin, ortasına 2-3 qaşıq xəmir tökün. Dairə boyunca yayın. 

Korjları bu qayda ilə 180 dərəcə qızdırılmış sobada hər birini 5 dəqiqə olmaqla bişirin. 

Hazır korju perqamentdən dərhal ayırın. Şəbəkənin üstündə soyudun. 

Krem üçün qaymaqlı pendiri şəkər pudrası ilə çalın. Soyudulmuş qaymağı ayrıca çalın (yaxşı çalınsın deyə onu çalacağınız qabı da bir neçə dəqiqə soyuducuda saxlayın). Çaldığınız pendirə əlavə edib qaşıqla qarışdırın. Kokos yonqarını əlavə edib qarışdırın. 

Korjların arasına krem çəkib üst-üstə yığın. Tortun üzərinə və kənarlarına da krem çəkin, kokos yonqarı səpin. 

Üzərini rozmarin, şəkər pudrası və giləmeyvə ilə bəzəyin. 

Tortu süfrəyə verməmişdən əvvəl ən azı bir saat soyuducuda saxlayın. 
 
Nuş olsun! 

Milli.Az 












Tags:  Kokoslu həzz tortu FOTO

RƏYLƏR


Top news