Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Müasir Kadr Akademiyası” layihəsi uğurla başa çatıb

“Müasir Kadr Akademiyası” layihəsi uğurla başa çatıb

Date: 25 December 2015 07:53


Bakı, 25 dekabr, AZƏRTAC
“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AZGF) maliyyə dəstəyi ilə reallaşdırdığı “Müasir Kadr Akademiyası” layihəsi uğurla başa çatıb.
AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan gəncləri (internat və uşaq evlərinin məzunları, qaçqın və məcburi köçkün, aztəminatlı ailələrdən olan gənclər və s.) müasir əmək bazarının ehtiyac duyduğu ixtisaslarla tanış etməkdir. Onlar seçdikləri müvafiq sahələr üzrə kurslara cəlb edilərək inkişaf edib, təcrübə qazanıb, təlimlərin köməyi ilə iş həyatına hazırlanıb və ixtisaslı kadr olaraq akademiyanın məzunu olublar.
Layihəyə ümumilikdə 40-dan çox gənc cəlb olunub.
Layihənin birinci mərhələsində gənclər dörd sahə (mühasibat, sosial media idarəçiliyi, qrafik dizayn və fotoqraflıq) üzrə praktiki kurslara cəlb olunaraq aktual ixtisaslar üzrə bilik və təcrübə əldə ediblər.
Layihə çərçivəsində dərslər tam interaktiv, qeyri-formal metodlarla təcrübəli mütəxəssislər tərəfindən keçirilib. Bundan əlavə, dərslərə öz sahəsində uğur qazanmış bir neçə peşəkar dəvət olunub və onlar da öz təcrübələrini iştirakçılarla paylaşıblar. Dərs zamanı iştirakçılar yalnız nəzəri biliklər deyil, daha çox real praktiki bilik və bacarıqlar əldə ediblər.
Layihənin ikinci mərhələsində gənclər üçün düşərgə təşkil olunub. İki günlük düşərgə zamanı onlara karyera planlaması, iş həyatı və onun qanunları, iş axtarma yolları, xülasə hazırlanması və müsahibə qaydaları mövzularında təlim və seminarlar keçirilib.




Tags:  Müasir Kadr Akademiyası layihəsi uğurla başa çatıb


RƏYLƏR


Top news