Afrikada təyyarə qəzası, 7 ölü - VİDEO

Afrikada təyyarə qəzası, 7 ölü - VİDEO
07:57 25 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 24-də Konqoda yük təyyarəsinin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub. Faciəvi hadisə Mbudji-Mayi şəhərinin hava limanında baş verib.
Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə AFP-yə Şərqi Kasai əyalətinin qubernatoru Nqoyi Kasandji məlumat verib.
"Air Service" aviaşirkətinə məxsus "A320" təyyarəsi eniş edən zaman uçuş-eniş zolağından kənara çıxıb və hava limanı yaxınlığındakı yaşayış evlərinə girib. Evlərdə olan 7 nəfər həyatını itirib.
İlkin məlumatlara görə, təyyarənin əyləcində problem yaranıb. Qəzaya səbəblərdən biri kimi insident baş verən zaman yağan leysan yağışlar da göstərilir.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/392942.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR