Azərbaycan yəhudisi Almaniyada deputat seçildi

Azərbaycan yəhudisi Almaniyada deputat seçildi
07:57 25 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 20-də Almaniyanın paytaxtı Berlin şəhərinin yəhudi icması parlamentinə seçkilər keçirilib.
Milli.Az "Report"a istinadən xəbər verir ki, seçkilərin nəticələrinə görə, dağ yəhudisi və Almaniyanın "Dağ yəhudiləri" icmasının nümayəndəsi, 23 yaşlı tələbə Emanuel Adinayev KOAX partiyasından uğurla deputat seçilib.
Bundan əlavə, icma üzvlərinin məlumatına görə, KOAX partiyası səs çoxluğu əldə edib və parlamentdə mövcud olan 21 yerdən 13-nü tutub.
Qeyd edək ki, gələcəyin kimyaçı və fiziki olan Emanuel Adinayev Berlində, Azərbaycanın Quba rayonunun Qırmızı qəsəbəsindən (Yəhudi qəsəbəsi) olan ailədə doğulub.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/392941.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR