Gürcüstanda baş nazir o olacaq?

Gürcüstanda baş nazir  o olacaq?
08:17 25 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın baş naziri vəzifəsinə Giorgi Kvirikaşvilinin irəli sürülməsi haqqında qərar qəbul olunub.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə gürcü mətbuatı məlumat yayıb. Məlumata görə, Gürcüstanın baş naziri vəzifəsinə xarici işlər naziri vəzifəsini icra edən Giorgi Kvirikaşvili namizəd olacaq. Baş nazir vəzifəsinə kimin namizəd irəli sürüləcəyi məsələsini müzakirə edən zaman parlament çoxluğu bu qərarı təsdiqləyib.
 
"Gürcü Arzusu"nun fraksiya lideri Giorgi Volski  bildirib ki, dekabrın 24-də Gürcüstanın parlament sədri ilə parlament çoxluğu üzvləri baş nazir vəzifəsinə namizədləri müzakirə ediblər.
 
"Baş nazir vəzifəsinə 4 nəfər namizəd var idi, lakin biz onlardan yalnız Giorgi Kvirikaşvili barədə razılığa gəldik," Volski bildirib.
 
Onun sözlərinə görə, istefa verən baş nazir vəzifəsini icra edən İrakli Qaribaşvili dekabrın 25-də  Giorgi Kvirikaşvilini baş nazir vəzifəsinə namizəd olaraq parlament çoxluğuna təqdim edəcək.
 
Gürcüstan prezidentinin 23 dekabr sərəncamına əsasən, hökumətin yeni tərkibi təsdiq edilənədək keçmiş nazirlər və eləcə də baş nazir vəzifələrini icra edən rəsmilər kimi fəaliyyət göstərəcəklər.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/392933.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR