Rusiya Hindistana 100 mln ton neft satacaq

Rusiya Hindistana 100 mln ton neft satacaq
08:22 25 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya 10 il ərzində Hindistanın neft emalı zavodlarına ildə 10 mln ton olmaqla 100 mln ton neft tədarük edəcək.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Hindistanın baş naziri Narenda Modi ilə aparılmış danışıqların yekunlarına dair bildirib.   
 
""Rosneft" və "Esser" qrupu arasında əldə olunmuş razılığa əsasən, Rusiya 10 il ərzində Hindistanın neft emalı zavodlarına ildə 10 mln ton olmaqla 100 mln ton neft tədarük edəcək", deyə Putin bildirib.
 
Qeyd edək ki, bundan əvvəl "Qazprom neft" konserninin rəhbəri Aleksandr Dyukov qeyd edib ki, Rusiyanın dünya neft bazarında tutduğu strategiyasını dəyişməsinə ehtiyac yoxdur.  
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/392931.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR