​Azərbaycan 2015-ci ildə Rusiyadan 2 milyon litr spirtli içki idxal edib

​Azərbaycan 2015-ci ildə Rusiyadan 2 milyon litr spirtli içki idxal edib
08:27 25 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 25 dekabr. REPORT.AZ/ Rusiya 2015-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 1,86 milyon litr spirtli içki ixrac edib ki, bu da ümumi ixracın 4,5 %-ni təşkil edir.
"Report" xəbər verir ki, bu barədə Rusiyanın Milli Spirtli İçki Siyasətinin Hazırlanması Mərkəzinin məlumatında bildirilir.
Məlumata görə, Rusiya göstərilən dövr ərzində ümumi dəyəri 97 mln. dollar olan 41,4 mln. litr araq və likyor məmulatları ixrac edib.
Bu həcm ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 29,7 % azdır. Ümumi ixracın 27%-i Almaniya, 22%-i Böyük Britaniya, 8%-i ABŞ, təqribən 6%-i Latviya, 4,7%-i Ukrayna, 3,3%-i Vyetnam, 3,1%-i Litva, 2,5% -i İsrail və s. ölkələrin payına düşüb. Bu dövr ərzində Ermənistana spirtli içki ixracı demək olar ki, sıfıra bərabər olub. Halbuki ötən il bu göstərici 6% təşkil edib.

Xəbərin orijinal ünvanı: http://report.az/biznes/azerbaycan-2015-ci-ilde-rusiyadan-2-milyon-litr-spirtli-icki-idxal-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR