​Azərbaycan Qırğızıstana 20 yük maşını humanitar yardım göndərib

​Azərbaycan Qırğızıstana 20 yük maşını humanitar yardım göndərib
08:52 25 Dekabr 2015
30 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycanın zəlzələdən zərər çəkənlər üçün göndərdiyi humanitar yardım karvanı artıq Qırğızıstana çatıb.
"Report" "AKİpress"ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Humanitar yükün tərkibinə ümumi dəyəri 1 milyon manat olan ərzaq, tikinti məhsulları və yanacaq-sürtkü materiallarını daşıyan 20 yük maşını daxildir. İki maşın yaranan texniki problem səbəbdən hazırda Qazaxıstan ərazisindədir.
20 və 21 noyabr tarixlərində Qırğızıstanda 5,1 bal gücündə silsilə yeraltı təkanlar baş verib. Seysmoloqlar ümumilikdə 7 təkan qeydə alıblar. Nəticədə 4 min evə ziyan dəyib. 200-dən çox ev qəzalı vəziyyətə düşüb. 50-dən çox məktəb, xəstəxana və digər sosial obyekt binası dağılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/azerbaycan-qirgizistana-18-yuk-masini-humanitar-yardim-gonderib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR