Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Rusiya Türkiyəyə yenə taxıl satır

Rusiya Türkiyəyə yenə taxıl satır

Ərdoğan Putini Türkiyəyə dəvət etdi (10 Mart 2017 18:33)
Ərdoğan Putini Türkiyəyə dəvət etdi (10 Mart 2017 18:27)

Tarix: 25 Dekabr 2015 08:57

Rusiya qısa fasilədən sonra Türkiyəyə taxıl tədarükünü bərpa edib.  
Milli.Az APA-ya istinadən bildirir ki, Rusiyaya məxsus "Su-24" təyyarəsi Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən vurulduqdan sonra tərəflər arasında taxıl tədarükünə dair yeni müqavilələrin imzalanması bir neçə həftə ləngimişdi. Qeyd edək ki, Rusiya dünyada ən iri taxıl ixracatçısı, Türkiyə isə Rusiya buğdasının əsas alıcılarından biridir. Şərhçilər iki ölkə arasında bu sahədəki biznesin artıq normal vəziyyətə qayıtdığını bildirirlər.  
 
Rusiyalı treyderlər Türkiyəyə taxıl tədarükünün bərpa edildiyini, Moskva tərəfindən bu sahəyə indiyədək heç bir məhdudiyyət qoyulmadığını qeyd edirlər.
 
Məlumata görə, iyul-noyabr ayları ərzində Türkiyə Rusiyadan 1,7 mln ton buğda idxal edib.  
Milli.Az


Teqlər:  Rusiya Türkiyəyə yenə taxıl satır



RƏYLƏR


Top xəbərlər