Bakı. 25 dekabr. REPORT.AZ/ Xəzər dənizində zəlzələ olub. Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Təkanlar yerli vaxtla saat 02:39-da Xəzər dənizinin mərkəzində, Nardaran stansiyasınnan 145 km şərqdə qeydə alınıb.
Maqnitudası 4,4, dərinliyi 79 km olan zəlzələ hiss edilməyib.