Miqrasiya Xidməti rəhbərliyinə yeni təyinat

Miqrasiya Xidməti rəhbərliyinə yeni təyinat
09:39 25 Dekabr 2015
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Əli Nağıyevin qardaşı DMX rəisinin birinci müavini oldu

Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini təyin edilib. 

 

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidentiİlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Vəli Nağıyev Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini təyin edilib. 

 

Qeyd edək ki, 2011 il martın 3-dən 2014-cü il fevralın 11-dək Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Teymur Mehdiyev olub. R. Mehdiyev Azərbaycan prezidentiİlham Əliyevin 5 may 2014-cü il tarixli sərəncamı ilə fövqəladə hallar nazirinin müavini təyin edilib və general-mayor ali hərbi rütbəsi verilib. Ötən dövr ərzində Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifəsinə təyinat olmayıb.

Vəli Nağıyev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general-mayor Əli Nağıyevin qardaşıdır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226506

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR