Cahangir Hacıyev: “Eldar Mahmudovun mənimlə hər hansı bir biznes əlaqəsi olmayıb”

Cahangir Hacıyev: “Eldar Mahmudovun mənimlə hər hansı bir biznes əlaqəsi olmayıb”
09:42 25 Dekabr 2015
38 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 25 dekabr. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev son zamanlar mətbuatda barəsində gedən yazılara münasibət bildirib. C.Hacıyevin yaxınları tərəfindən “Report”a təqim olunan müraciətdə deyilir: “Mətbuatda gedən informasiyalarda MBA-Moskva Bankını məhz mənim iflasa saldığımı iddia edirlər. Bu məqamda onu qeyd etmək istəyirəm ki, MBA Moskva Bankı Azərbaycan Beynəlxalq Bankının törəmə Bankı olaraq Rusiyada fəaliyyət göstərir və 2015-ci ilin mart ayına qədər bu bank göstəricilərinə görə Rusiyanın və həmçinin Moskvanın reytinqli banklarından biri olub. İstər yerli reytinq müəyyən edən şirkətlər olsun, istərsə də Fitch kimi beynəlxalq reytinq müəyyən edən mötəbər təşkilatlar, məhz MBA Moskva Bankını Rusiyanın reytinqli bankları arasına daxil ediblər. 2014-cü ildə bu bankın mənfəəti 20 milyon dollar civarında olub. Həmçinin, mənim zamanımda orda verilən istənilən kredit portfeli tam təminatlı olub”.
C.Hacıyev qudası, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun bu banklar vasitəsilə biznes əlaqəsi olmasına dair mətbuatda yer alan iddialara da münaibət bildirib: “Qeyd etmək istəyərəm ki, Eldar Mahmudovun nə Beynəlxalq Bankla, nə də MBA Moskva Bankı ilə heç bir əlaqəsi olmayıb, ümumiyyətlə mənimlə hər hansı bir biznes əlaqəsi olmayıb. Mətbuatda gedən bu informasiyalar cəfəngiyatdır. Bir neçə gün öncə həmçinin MBA Moskva Bankının rəhbəri Yaşar Səfərovun da adını mənimlə bağlayaraq iddia ediblər ki, guya onu bu vəzifəyə mən təyin etmişəm. Qeyd etmək istəyirəm ki, mən 2015-ci ilin mart ayında vəzifədən azad olunmuşam, Yaşar Səfərov isə indiki vəzifəsinə 2015-ci ilin sentyabr ayında təyin edilib, ABB-nin hazırkı rəhbərliyinin təyinatıdır. MBA Moskva Bankı barəsində həm Rusiyanın, həm də “Deloitte” kimi mötəbər şirkətlərin audit aktarı bir daha sübut edir ki, mənim rəhbərliyin dövründə bu bankın likvidliyi yaxşı olub, bütün illəri mənfəətlə başa vurub. Bankın yeni rəhbərliyi isə məhz törəmə şirkətlərlə səriştəsiz işlədiyi üçün 2015-ci ildə törəmə şirkətlər bu vəziyyətlə üzləşib”.
ABB-nin sabiq rəhbəri barəsindəki digər iddialara da münasibət bildirib: “Həmçinin, mətuatda qeyd olunur ki, Moskvada qeydiyyatda olan bəzi şirkətlər və Zaur İsazadə Cahangir Hacıyevin benefisiarıdır. Bununla bağlı qeyd edim ki, həmin şirkətlərin və Zaur İsazadənin mənimlə əlaqəsi yoxdur, hazırda həmin şirkətlər və qeyd olunan həmin şəxs Beynəlxalq Bankın yeni rəhbərliyi və Maliyyə Nazirliyi ilə sıx şəkildə təmasdadırlar. Həmin şirkətlər ABB və Maliyyə Nazirliyinin nəzarətindədir və Xəqani Bəşirovla əlaqəli şirkətlərdir. Hazırda da ABB və Maliyyə Nazirliyi Xəqani Bəşirovla Avropada sıx təmasda olmaqla bərabər öz aralarında benefisiarın kim olduğunu müəyyənləşdirirlər. Nəticə olaraq benefisiar məhz həmin şəxslər və qurumlardır.
Ümumiyyətlə ABB ilə əlaqədar onu qeyd etmək istəyirəm ki, 2008-ci ildə dünyada gedən qlobal böhran məhz ABB-dən də yan keçmədi. ABB-nin maliyyə dəstəyi ilə həyata keçirilən layihələr 2010-2013-cü illər ərzində çoxsaylı yoxlamalara məruz qaldı, hətta müəyyən faktların aydınlaşdırılması üçün cinayət işi də qaldırıldı. Bu ərəfədə şirkətlərin normal işi pozuldu, onların fəaliyyəti iflic vəziyyətinə düşdü. Bunun əsas səbəbi isə şirkətlərə məxsus möhürlərin, hüquqi sənədlərin, digər fəaliyyət üçün zəruri olan avadanlıqların istintaqa və təhqiqata cəlb edilməsi, yoxlanış obyekti olmaları idi. 2013-cü ildə məhz baş prokuror ABB-nin layihələri olan şirkətlər barəsində cinayət işinə xitam verib və nəticədə bütün hüquqi sənədlər şirkətlərin özünə qaytarılıb. Bundan sonra isə şirkətlər yenidən fəaliyyətə başlayaraq dirçəlməyə başladılar. Bir çox şirkətlər məhz ölkə ərazisində normal fəaliyyətlərini davam etdirməkdə idi. Böhrandan sonra bankın maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün Mərkəzi Bank və Maliyyə Nazirlyi tərəfindən Beynəlxalq Banka subordinasiya krediti verildi, bu kreditin əksər hissəsi isə xarici borclara və yerli layihələrin tamamlanmasına yönəldilib. Buna qədər ABB fiskal orqanlar tərəfindən hər hansı bir yardım olmayıb. Bütün likvidlik xaricdən cəlb olunan resurs hesabına əldə edilib. 2014-cü ildə ABB Avropa qiymətli kağızlar bazarına daxil olaraq 500 milyon avroluq avro bondlar buraxdı. Çox təəssüf ki, vəzifədən uzaqlaşmağım, bu layihənin tamamlanmasına əngəl oldu. Həmçinin, o da qeyd olunmalıdır ki, dünyada gedən iqtisadi tənəzzül Azərbaycandan da yan keçmədi, məhz həmin layihələrin tam fəaliyyətində ləngimələrə səbəb oldu, həmçinin, ABB rəhbərliyinin dəyişilməsi, o layihələrin həyata keçirilməsini və yekunlaşdırılmasını ümumiyyətlə mümkünsüz hala gətirdi.
Əlavə olaraq məbtuatdan xahiş edirəm ki, informasiya yaymazdan əvvəl mənbələrin mötəbərliyinə diqqət yetirsinlər və dezinformasiya yaymaqdan çəkinsinlər. İnformasiya yaymazdan əvvəl kiçik sənədli araşdırma etsələr, obyektiv həqiqətin nə olduğunu aşkar edəcəklər”.
Qeyd edək ki, C.Hacıyev dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. Sabiq bank rəhbərinin qudası Eldar Mahmudov isə oktyabrın 17-də milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Amerikalı hərbçilərin axtarışı davam edir

22 Avqust 2017 01:50

Fəxriyyə Xələfova: Mən bu gözəlliyi dünya ilə paylaşmaq istəyirəm

22 Avqust 2017 01:28

Nəhəng asteroid Yer kürəsinin 7 milyon km yaxınından keçəcək

22 Avqust 2017 01:28

“Barselona”dan ayrıla biləcəyimi düşünürəm" -

22 Avqust 2017 01:10

İtaliyada zəlzələ olub, xəsarət alanlar var

22 Avqust 2017 00:47

Türkiyə və İran PKK-ya qarşı birləşir

22 Avqust 2017 00:44

Xəyanət edən ərindən belə qisas aldı - FOTO

22 Avqust 2017 00:28

Livan ordusu İŞİD rəhbərlərindən birini həbs edib

22 Avqust 2017 00:27

Türkiyədə dəhşətli terror aktının qarşısı alındı

22 Avqust 2017 00:19

Kapitan üçün əlamətdar tur -

22 Avqust 2017 00:18

Vasif Talıbov sərhəd xidmətində səmərəli fəaliyyətlərinə görə bir sıra şəxsləri təltif edib

22 Avqust 2017 00:12

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08

Rusiyanın Krasnodar vilayətində vertolyot qəzaya uğrayıb

22 Avqust 2017 00:02

Ölənlərin sayı 500 nəfəri ötdü -

21 Avqust 2017 23:55

Valideynlərin nəzərinə: Uşaqlar arasında yoluxucu VİRUS YAYILIB

21 Avqust 2017 23:48

Rostovda yanğında 36 nəfər xəsarət alıb

21 Avqust 2017 23:35

Rostov vilayətində fövqəladə vəziyyət

21 Avqust 2017 23:34

Rostovda baş vermiş yanğında xəsarət alanların sayı 36 nəfərə çatıb

21 Avqust 2017 23:27

Gəncədə 27 yaşlı oğlan bıçaqlandı

21 Avqust 2017 23:24

“VAZ” 15 baş qoyunu vurdu - İsmayıllıda

21 Avqust 2017 23:19

Həm qanunsuzdur, həm də təhlükəli - elektriklə balıq ovlanılır - VİDEO

21 Avqust 2017 23:18

Gəncədə 27 yaşlı gənc tanışı tərəfindən bıçaqlanıb

21 Avqust 2017 23:17

Gürcüstanda meşə yanğınları tüğyan edir -

21 Avqust 2017 23:10

Əfqanıstanın paytaxtı Kabildə partlayış olub

21 Avqust 2017 23:07

Ukrayna üzrə ABŞ-Rusiya görüşü başa çatdı

21 Avqust 2017 23:03

Abşeronda qəza -

21 Avqust 2017 22:58

Müşviqabadda qəza - 2 yaralı

21 Avqust 2017 22:54

Barselona terrorunda şübhəli bilinən əsas şəxs saxlanılıb

21 Avqust 2017 22:48

İraqın Tall-Afar şəhərini 40 min dinc sakin tərk edib

21 Avqust 2017 22:47

Saakaşvili Avropanın bir neçə ölkəsinin ona vətəndaşlıq verməyə hazır olduğunu bildirib

21 Avqust 2017 22:42

Qırğızıstan hökuməti istefa verib

21 Avqust 2017 22:30

Şəbnəm bağ evini nümayiş etdirdi – FOTOLAR

21 Avqust 2017 22:28

FHN Gürcüstana yanğının söndürülməsi üçün ikinci HELİKOPTER GÖNDƏRDİ

21 Avqust 2017 22:18

Filippində silahlı hücum -

21 Avqust 2017 22:12

Günelin nişanlısı ilə barışması təsdiqini tapdı - FOTOFAKT

21 Avqust 2017 22:03

Tam Günəş tutulması başladı - CANLI YAYIM

21 Avqust 2017 21:49

Moskva SSRİ-nin cinayətləri üçün cavab verəcək: trilyonluq TƏZMİNAT TƏLƏBİ

21 Avqust 2017 21:48

Rostovda güclü yanğın

21 Avqust 2017 21:45

Sankt-Peterburqda “Qazprom” şirkətinin rəhbəri ilə SOCAR prezidenti arasında görüş keçirilib

21 Avqust 2017 21:42

Macarıstan sərhədini qanunsuz keçmək istəyən 162 qaçqın saxlanılıb

21 Avqust 2017 21:32

Qoz piylənmənin qarşısını almağa kömək edir

21 Avqust 2017 21:28

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

21 Avqust 2017 21:19

Keçmiş prezident: “Bu, müharibənin əsas səbəbi oldu”

21 Avqust 2017 21:13

Məktəbli ləvazimatlarının yarmarkaları açıldı - mağazalar arasında qiymət fərqi - VİDEO

21 Avqust 2017 20:58

VİDEO:Qardaşını sevdiyi qızla bir yerdə tutdu -

21 Avqust 2017 20:55

Rusiya SSRİ-dən qalan son borcunu ödədi

21 Avqust 2017 20:53

Növbəti İKT qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub

21 Avqust 2017 20:52

İmişli sakini özünü asdı

21 Avqust 2017 20:39

Avropadan Sakit okeana qədər dəmiryolu çəkilir

21 Avqust 2017 20:37

"İlk oyundan sonra “Qarabağ”ı favorit adlandırmaq olar" -

21 Avqust 2017 20:30